Sintetik ot - Süni ot

Süni ot – su buraxmayan rulon örtükdür. Möhkəm binövrəyə və ya yaxşı hazırlanan qumlu-çınqıllı yerə döşənir. Montaj üsüluna görə doldurulmayan, yalnız qumla doldurulan və ya qumla və kauçuk qranulyantla doldurulan ola bilər. Süni otu tafting üsülu ilə polietilen, polipropilen və ya poliamid lifindən istehsal edilir. Lif ultrabənövşəyi şüalara və başqa atmosfer təsirlərə davamlıdır. 

Təyinatından (idman növündən) aslı olaraq ot müxtəlif modifikasiyalarda istehsal edilir. Əsas fərqləri: lifin növü və qalınlığı, xovun sıxlığı və hündürlüyü, süni otlu meydanın doldurulma üsülu.
 İdmanın oyun növləri üçün (futbol, xokkey, tennis, reqbi və s.) təbii və ya süni örtüklü otlu meydanlar istifadə olunur. Süni ot təbii otla müqayisədə bir sira ciddi üstünlüklərə malikdir. 
Məsələn, təbii qazonu gündə 2 saatdan artıq istifadə edilməsi məsləhət deyil, süni qazonu isə gündə 24 saat istifadə etmək olar – süni qazon yüksək dərəcədə davamlıdır. Oyunlar fəsili bütün il davam edə bilər. Süni otun qulluq etməsı təbii otdan daha sadədir. 

Süni otun xidmət müddəti örtüyün istismar şərtlərindən və döşəmə keyfiyyətindən asılıdır. Süni ot drenaj binövrəyə döşənir. Multisport və ya tennis üçün otu həm də möhkəm binövrəyə - betona və ya asfalta - döşəməyə olar. Döşəmədən sonra alçaq xovlu ot qumla, futbol otu – qum və kauçuk qranulyantla doldurulur.

BAKU Showroom | Kids Playgrounds

A photo posted by 🚸 Uşaq Oyun Meydançaları (@oyun.meydani) on