Показаны сообщения с ярлыком Uşaqlar üçün əyləncə. Показать все сообщения
Показаны сообщения с ярлыком Uşaqlar üçün əyləncə. Показать все сообщения

Uşaq bağçaları üçün Oyun Meydançaları

Oyun uşağın xəyal gücünü, yaradıcılığını inkişaf etdirir, insan münasibətlərini, köməkləşmə aktivasiyasını artırır. Uşağa məcburi öyrədilən çox sayda qayda oyun sırasında daha asand yolla öyrədilə bilər. Qısacası oyun insanın özünü göstərə bildiyi ən asand yoldur və təhsilin bir parçasıdır. Düşünürəm ki , uşaqlarla erkən yaşlarından oynanılan oyun yaradıcı və intellektual olmalıdır. Oyunda yüksək dərəcəli qadağalar olmamalıdır çünki yüksək dərəcəli qadağalar oyunun qeyri düzgün şəkildə mənimsənilməyinə bilavasitə gətirib çıxara bilər.


Oyun meydançaları üçün çoxməqsədli vasitələr; https://www.facebook.com/usaq.oyun.meydancalari

Müxtəlif yaş üçün uşaq meydançaları

Müxtəlif yaş üçün uşaq meydançaları ölçüsünə görə fərqlənir. Bunun üçün kiçik yaşlı uşaq üçün yer layihələndirərkən uşağın böyüməsi vaxtına həmin meydança necə abadlaşdırılacağını bilmək lazımdır. Landşaft layihələndirilməsi mərhələsində bunu nəzərə alaraq meydança üçün böyük yer ayırmaq daha yaxşı olardı. Uşaq meydançası evin pəncərələrindən yaxşı görünməlidir, axı heç də bütün valideynlər daima oyunda iştirak edə bilməz. Bu tələb meydançanın evin yaxınlığında yerləşməsini nəzərdə tutur. Əlavə təhlükəsizlik tədbiri kimi videomüşahidə kamerasının quraşdırılması ola bilər. Böyüklərin meydançadan rahat olmasının şərtlərini də nəzərə almaq lazımdır. Düzgün seçilmiş və düzülmüş rahat bağ mebeli bu problemi həll edər. Oyun heç də həmişə axşam düşdükdə bitmədiyindən landşaft işıqlandırılması mərhələsində uşaq meydançasının süni işıqlandırılması haqqında fikirləşmək lazımdır. Bu məqsədlər üçün istifadə edilən işıq avadanlığı bağda istifadə edilən çıraqların üslubundan fərqlənə bilər. Meydançanın avadanlığı onun ölçüləri kimi uşağın yaşından asılıdır. Kiçik yellənçəklər və təpə kiçik yaşlı uşaq üçün standart avadanlıqdır. Yaşı çox olan uşaqlar üçün idman alətləri – dırmaşma üçün divar, turnik, rahat və etibarlı yelləncək, halqalar tələb oluna bilər. 
Детские игровые площадки в Баку