Детские игровые площадки в Баку ✪ Çöl üçün uşaq oyun meydançaları, oyun parkları.
Показаны сообщения с ярлыком Uşaq meydançası. Показать все сообщения
Показаны сообщения с ярлыком Uşaq meydançası. Показать все сообщения
EPDM Kauçuk Rezin Yer Örtüyü
EPDM rezin qırıntı ilə poliuretan qatranda əsaslanıb. Bu sistem asfalt və sement platformada əsaslanan, açıq havada və ya otaqlarda yerləşən meydanlar üçün təyin edilib.
EPDM örtük sintetik kauçuk (rezin) dənələrindən (granul) ibarət olan və hal hazırda bütün dünyada çox geniş sahələrdə tətbiq olunan yüksək keyfiyyətli materialdır. Öz analoqlarını bir çox texniki göstəricilərinə görə üstələyən bu örtük açıq idman saheleri və uşaq meydançalarında uğurla istifadə olunur.
Villalar və Bağ evləri üçün Uşaq Meydançası
Uşaq meydançası bağ evinin vacib və məsuliyyətli zonasıdır, uşağın şəxsi kiçik dünyasıdır. Onun quraşdırılması zamanı avadanlığın və oyun elementlərinin seçimi zamanı təhlükəsizlik tələblərinin riayət olunmasına, onların ayrılmış ərazidə yerləşməsinə diqqət yetirmək lazımdır. Bu zaman onun işıqlandırılma variantlarını, bağın digər hissəsindən izolyasiyasını, «istismar» prosesində yenidən quraşdırılması (uşaqlar böyüyür), oyun dekorasiyalarının dəyişməsini işləmək lazımdır. Uşaq meydançası üçün yeri seçmək asan deyil. O bir neçə prinsipial tələblərə cavab verməlidir. O toz və küləkdən qorunmalıdır, buda onun bağın xoş, günlü olan yerində yerləşməsi deməkdir. Meydançanın perimetri üzrə küləkdən əlavə müdafiə üçün müdafiə ekranlarının – bağ şirmalarının və şpalerlərinin quraşdırılması tətbiq olunur. Perimetrin bir hissəsini kiçik dekorativ çəpərlə hasarlamaq olar. Meydançada sakit, kolgə salınmış yerlərin yaradılmasına perqolların quraşdırılması kömək edəcəkdir. Uşaq meydançası üçün şpalerlərin, şirmaların və perqolların konstruksiyasının etibarlılığına, həmçinin materialın emalına və rənglənməsinə tələblər bağın digər hissəsinin anoloji konstruksiyalarına olan tələblərdən yüksəkdir. Bu konstruksiyaların xarici görünüşü klassik bağ perqollarından və şpalerlərindən fərqlənə bilər. Konstruksiyaya dekorativ və oyun elementlərinin qoyulması «interyeri» müxtəlif edəcəkdir, ona müəyyən istiqamət və oyun məzmunu verəcəkdir, tanınan və sevilən qəhrəmanların şəklində detallarla bəzəmək mümkündür.
Подписаться на:
Сообщения (Atom)

