Oyun Evi

Oyun evini daha mürəkkəb qala, gəmi və ya ovçu evi şəklində ikimərtəbəli konstruksiya ilə əvəz etmək olar. Ətraf dünyanı tanımaq maraqlıdır. Adətən uşağın öz hərəkətlərini hesablama qabiliyyətinin olmaması ciddi xəsarətə yol aça bilər. Bütün mümkün riskləri öncədən görmək və onları istisna etmək çətin məsələdir. Meydança dizaynının bütün seçilmiş elementləri və avadanlığın tərkibi müəyyən keyfiyyət və təhlükəsizlik standartlarına cavab verməlidir. Bütün idman alətləri, yellənçəklər və inventar zavod mənşəli olmalı uyğunluq sertifikatı ilə qorunmalıdır. Uşaq meydançalarının hazırlanması və avadanlığının rənglənməsi üçün istifadə olunan materiallar müvafiq qiqiyenik sertifikata malik olmalıdır. Oyun zonalarının örtüyü sərt olmamalıdır (beton, daş, plitə). Qənaətçil örtük növlərinə çınqıl aiddir, onlar uzunmüddətli deyil, tez-tez təmirə ehtiyyacı olur, quru və küləkli havada toz yaradır. Oyun zonası üçün sürüşməyən, davamlı, uzunmüddətli, rəng qamması müxtəlif olan rezin qırıntılarından örtük yaxşıdır. O suyu yaxşı buraxır, yağışdan sonra tez quruyur, asan təmizlənir və yuyulur. Zədələndiyi halda örtük tez bir zamanda təmir olunur. Yüksək risk zonalarında bu örtüyün əsasında prujinli təhlükəsizlik zonaları quraşdırıla bilər. Bizim şirkət sifarişçinin istəklərinə əsaslanaraq bütün yuxarıda sadalanan tələblərə cavab verən, uşaqların oyun tələbatını ödəyən, bilik və bacarığının inkişafına yardım edən, nəinki əlləri və ayaqları, həmçinin düşüncə tərzini inkişaf etdirən uşaq meydançaları yaratmağa hazırdır.
Детские игровые площадки в Баку

Комментариев нет:

Отправить комментарий