Villalar və Bağ evləri üçün Uşaq Meydançası

Uşaq meydançası bağ evinin vacib və məsuliyyətli zonasıdır, uşağın şəxsi kiçik dünyasıdır. Onun quraşdırılması zamanı avadanlığın və oyun elementlərinin seçimi zamanı təhlükəsizlik tələblərinin riayət olunmasına, onların ayrılmış ərazidə yerləşməsinə diqqət yetirmək lazımdır. Bu zaman onun işıqlandırılma variantlarını, bağın digər hissəsindən izolyasiyasını, «istismar» prosesində yenidən quraşdırılması (uşaqlar böyüyür), oyun dekorasiyalarının dəyişməsini işləmək lazımdır. Uşaq meydançası üçün yeri seçmək asan deyil. O bir neçə prinsipial tələblərə cavab verməlidir. O toz və küləkdən qorunmalıdır, buda onun bağın xoş, günlü olan yerində yerləşməsi deməkdir. Meydançanın perimetri üzrə küləkdən əlavə müdafiə üçün müdafiə ekranlarının – bağ şirmalarının və şpalerlərinin quraşdırılması tətbiq olunur. Perimetrin bir hissəsini kiçik dekorativ çəpərlə hasarlamaq olar. Meydançada sakit, kolgə salınmış yerlərin yaradılmasına perqolların quraşdırılması kömək edəcəkdir. Uşaq meydançası üçün şpalerlərin, şirmaların və perqolların konstruksiyasının etibarlılığına, həmçinin materialın emalına və rənglənməsinə tələblər bağın digər hissəsinin anoloji konstruksiyalarına olan tələblərdən yüksəkdir. Bu konstruksiyaların xarici görünüşü klassik bağ perqollarından və şpalerlərindən fərqlənə bilər. Konstruksiyaya dekorativ və oyun elementlərinin qoyulması «interyeri» müxtəlif edəcəkdir, ona müəyyən istiqamət və oyun məzmunu verəcəkdir, tanınan və sevilən qəhrəmanların şəklində detallarla bəzəmək mümkündür.

Комментариев нет:

Отправить комментарий